Maliyyə böhranı yaşayan bölgə klubu özünə yeni sponsor tapdı
Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Şəmkir" FK özünə yeni sponsor tapıb.
"Mediasport" xəbər verir ki, ciddi maliyyə problemləri olan kollektivi "HYDEX Logistics" şirkəti himayəsinə götürüb.
Tərəflər arasında anlaşma qarşıdakı mövsümü əhatə edəcək.
Logistika kompaniyası "Şəmkir"in baş sponsoru kimi əməkdaşlıq çərçivəsində klubun yeni mövsümdə fəaliyyətinin və inkişafının təmin olunmasına töhfə verəcək.


