Milli komandamız "Swiss Open" turniri üçün İsveçrəyə yollandı

  Milli komandamız "Swiss Open" turniri üçün İsveçrəyə yollandı

Böyüklərdən ibarət milli komandamızın üzvləri "Swiss Open" beynəlxalq turnirində iştirak etmək üçün İsveçrənin Sanqt-Qallen şəhərinə yola düşüb.

"Mediasport" xəbər verir ki, turnirdə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, məşqçi Günay Zeynalovanın rəhbərliyi altında ölkəmizi 8 taekvondoçu təmsil edəcək.

Xatırladaq ki, "Swiss Open" beynəlxalq turnirdə 5-8 sentyabrda keçiriləcək.