Taekvondoçumuzdan dünya birinciliyində bürünc medal

Azərbaycan taekvondoçusu Saleh Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində keçirilən dünya birinciliyində uğur qazanıb.
"Mediasport" xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançımız bürünc medal əldə edib.
O, yeniyetmələr arasında keçirilən yarışda fəxri kürsüyə yüksələrək dünya üçüncüsü olub.