"Zirə" "Sumqayıt"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tur start götürüb.
Mediasport.com.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Günün yeganə qarşılaşmasında "Zirə" inamlı qələbə qazanıb.
Turun digər görüşləri sabah və fevralın 17-də reallaşacaq.
Azərbaycan Premyer Liqası. 23-cü tur
“Sumqayıt” - “Zirə” 0:3
Qollar: Rafael Utziq, 14, Salifu Suma, 36, 65.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu