"Neftçi" milli komandanın hücumçusu üçün təklif göndərdi

"Neftçi" heyətini yeni legionerlə gücləndirməyə hazırlaşır.
Mediasport.com.az xəbər verir ki, bu haqda Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Bakı klubu "Tobol"un hücumçusu İslam Çesnokovu transfer etmək istəyir.
"Ağ-qaralar"ın Qazaxıstan millisinin forvardı üçün Kostanay təmsilçisinə təklif göndərdiyi də qeyd olunub.
Tərəflər danışıqları davam etdirir.
Xatırladaq ki, yığmada 11 oyuna iki qol vurmuş 25 yaşlı futbolçunun "Tobol"la müqaviləsi bu ilin oktyabrında başa çatacaq.