Mərakeş millisi maksimum nəticə ilə DÇ-2026-nın final mərhələsində

Futbol üzrə Mərakeş milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, onlar bunu Nigeri 5:0 hesabı ilə məğlub etdikdən sonra bacarıblar.
Mərakeş E qrupunda keçirdiyi 6 oyunun hamısında qələbə qazanıb və mundiala vəsiqəni vaxtından əvvəl təmin edib.
Xatırladaq ki, Meksika, ABŞ, Kanada (üçü də ev sahibi), Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay turnirdə iştirak hüququ qazanan ölkələrdir.