Olise, Haaland və Messi ən yaxşıdır
Dünya çempionatının I və J qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, Fransa - Seneqal matçında (3:1) bu ada Avropa təmsilçisinin oyunçusu Maykl Olise layiq görülüb.
İraq - Norveç duelində (1:4) dubla imza atan Erlinq Haaland seçilib.
Argentina - Əlcəzair görüşündə (3:0) het-trik müəllifi olan Lionel Messi oyunun ən yaxşısı mükafatına sahib çıxıb.


