Sabiq "Neftçi"li millini arzulayır

Sabiq "Neftçi"li millini arzulayır

2021-ci ilin martından iyuluna qədər "Neftçi"də forma geyinmiş Keysuke Honda sosial şəbəkə hesabında etdiyi paylaşımla gündəmə gəlib.

"Mediasport" xəbər verir ki, veteran futbolçu Yaponiya millisinə rəhbərlik etmək istədiyini bildirib.

O, yığma komandada baş məşqçi postuna namizədliyini irəli sürüb:

"Fikirlər fərqli olacaq, amma yenə də bunu demək istəyirəm. Oxudum ki, Hadzime Moriyasuya müqavilənin bir il uzadılması təklif olunub.

Əgər bu, uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, onda məni bir il sınayın.

Asiya Kubokunda uduzsaq, heç bir müzakirə aparmadan məni istefaya göndərin. Mən millini qəbul etməyə hazıram".

Xatırladaq ki, Yaponiya milli komandası DÇ-2026-nın pley-off mərhələsində Braziliyaya uduzaraq (2:1) mundialda mübarizəni dayandırıb.