Milli komandalarda yeni təyinatlar
Qadın futbolçulardan ibarət U-15 və U-17 Azərbaycan milli komandalarının məşqçi heyətində dəyişikliklər edilib.
"Mediasport" xəbər verir ki, Xanlar Əliyev 17 yaşadək yığmanın, Rövşən Qasımov isə 15 yaşadək milli komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
Manə Molleyeva köməkçi məşqçi, Günay İsmayılova isə qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək (hər ikisi U-15).
Əli Muradov fitnes hazırlığı üzrə məşqçi vəzifəsində çalışacaq (U-15, U-17, U-19).
View this post on Instagram


