Azərbaycan millisinin üzvü Latviya klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin üzvü Latviya klubu ilə müqavilə bağladı

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Milana Rəhimova Şimali Makedoniyanın "Lyuboten" klubundan ayrılıb.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi karyerasını Latviyada davam etdirəcək.

22 yaşlı futbolçu "Riqa" klubu ilə müqavilə bağlayıb.

Rəhimova daha əvvəl Türkiyədə legioner həyatı yaşayıb.