Milli komandamızın FİFA reytinq cədvəlində mövqeyi dəyişmədi

FİFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığması siyahıda 1300.4 xalla 74-cü pillədə qərarlaşıb.
Siyasət Əsgərovun çalışdırdığı kollektivin mövqeyi əvvəlki reytinqlə müqayisədə dəyişməyib.
Rusiya 28, Türkiyə 58, İran 70, Gürcüstan 121, Ermənistan isə 145-ci pillədə yer alıb.
Reytinq cədvəlinə 2066.79 xalla İspaniya başçılıq edir.