Azərbaycan şahmatçısından dünya çempionatında gümüş medal!

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Monteneqronun Petrovaç şəhərində 20 yaşlılar arasında dünya çempionatında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, gənc şahmatçımız qızların yarışında gümüş medal qazanıb.
Təmsilçimiz bu gün keçirilən sonuncu - 11-ci turda özbəkistanlı Əfruzə Həmdəmova ilə heç-heçə oynayıb.
Bu nəticədən sonra xalını 8-ə çatdıran Ayan mundialın gümüş medalını qazanıb.
FİDE-ni təmsil edən Anna Şuxman 9 xalla çempion adını rəsmiləşdirib.
Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.