"İmişli"nin 20 gün əvvəl gətirdiyi legioner futbolçuda hepatit çıxdı
“İmişli” futbol klubunun yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı Dominqos Senquy Ermenegildo (Pikas) ilə yolları ayrılıb.
"Mediasport" "sport24"ə istinadən xəbər verir ki, 25 yaşlı anqolalı futbolçunun tibbi müayinəsi zamanı hepatit aşkarlanıb.
Bu səbəbdən bölgə təmsilçisi onunla bağlanan müqaviləyə xitam verib.
Qeyd edək ki, Pikas “İmişli” ilə 2+1 illik müqavilə imzalamışdı. O, daha əvvəl Anqolanın “Petro Luanda”, Portuqaliyanın “Şaviş”, “Torreense”, “Feyrense” və “Fafi” klublarında çıxış edib.


