Yığmamızdan ardıcıl iki qələbə
12 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın Kutaisi şəhərində Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk iki oyununda qalib gəlib.
"Mediasport" xəbər verir ki, millimiz ilk dueldə yerli "Telavi" üzərində qələbə qazanıb (55:21).
Komandamız növbəti qarşılaşmada "Tal Teç"dən (Estoniya) üstün olub (47:39).
Turnirdə "KKS Basket" (Polşa), "Almatı Legion" (Qazaxıstan), "Batumi" və "Basko 2019" (hamısı Gürcüstan) komandaları da iştirak edirlər.
Yarış iyunun 1-də başa çatacaq.


