ABL-də müntəzəm mövsümün sonuncu turuna yekun vuruldu

ABL-də müntəzəm mövsümün sonuncu turuna yekun vuruldu

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turuna yekun vurulub.

"Mediasport" xəbər verir ki, turun B qrupunun Gəncə İdman Sarayında baş tutan son görüşündə meydan sahibləri "Sumqayıt"a minimal fərqlə qalib gəliblər - 94:92.

Turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" NTD-ni 103:77, "Sabah" isə "Naxçıvan"ı 111:89 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra A qrupundan pley-offa lider "Sabah", ikinci olan "Naxçıvan" və üçüncü yeri tutan "Neftçi" yüksəlib.

B qrupunu ilk pillədə başa vurmuş "Şəki" klubu da birbaşa pley-off mərhələsinə vəsiqə əldə edib.

Çempionatın reqlamentinə əsasən digər kollektivlər mübarizəyə pley-in mərhələsindən start verəcəklər.

Burada "Gəncə"-"Lənkəran", "Sumqayıt"-"Sərhədçi", "Ordu"-"Quba" və "Abşeron"-NTD qarşılaşmaları baş tutacaq.

Aprelin 10-da start götürəcək pley-in mərhələsində ən tez iki qələbə qazanacaq komandalar pley-offa vəsiqə qazanacaqlar.