Komandamız Dünya Seriyasının Buxarest mərhələsinin qalibi oldu

Komandamız Dünya Seriyasının Buxarest mərhələsinin qalibi oldu

3x3 qadın basketbolçulardan ibarət Azərbaycan yığması Dünya Seriyasının Buxarest mərhələsinin qalibi olub.

"Mediasport" xəbər verir ki, komandamız finalda ABŞ-nin "Sietl" klubu ilə qarşılaşıb.

matç millimizin 21:18 hesablı qələbəsi ilə yekunlaşıb. Buxarest mərhələsinin ən dəyərli oyunçusu (MVP) yığmamızdan Brianna Freyzer seçilib.