Daha 5 güləşçimiz bu gün tatami üzərinə çıxır - Dünya çempionatı

Daha 5 güləşçimiz bu gün tatami üzərinə çıxır - Dünya çempionatı

Slovakiyanın Bratislava şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın 5 təmsilçisi mübarizəyə aparacaq.

Qadınlardan Esra Məmmədli (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Dinara Daulkızı, Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli İlayda Cinlə üz-üzə gələcək.

Yunan-Roma güləşində Elmin Əliyev (82 kq) təsnifat mərhələsində gürcüstanlı Luka Pipia ilə qarşılaşacaq.

Ayxan Cavadov (60 kq) mübarizəyə 1/8 finalda Maqomed Varayev (Fransa) - Manuel Emilio Saldate (ABŞ) cütünün güclüsü ilə duellə başlayacaq.

Emin Cavadlı (55 kq) isə bürünc medal uğrunda görüşdə Jiale Li (Çin) – Hiro Sakamoto (Yaponiya) duelinin qalibinə rəqib olacaq.

Qeyd edək ki, komandamızın heyətində hələlik yunan-Roma güləşçilərindən Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) bürünc medal qazanıb.

Mundial avqustun 23-də yekunlaşacaq.