U-21 milli komandamız Bakıda U-23 Oman yığmasına qalib gəldi

U-21 milli komandamız Bakıda U-23 Oman yığmasına qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

"Mediasport" xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Omanın U-23 komandası ilə qarşılaşıb.

İlk hissədə hesabda geri düşən yığmamız geridönüşlə qələbə qazanıb - 2:1.

Kmandalar noyabrın 17-də Bakıda növbəti dəfə üz-üzə gələcəklər.