Azərbaycan idmançısı Avropa çempionatında 2-ci yeri tutdu
Azərbaycan avarçəkəni Tatyana Smilovenko Macarıstanın Seged şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında uğurlu nəticə əldə edib.
Azərbaycan Su İdman Növləri Federasiyasından "Mediasport"a verilən məlumata görə, təmsilçimiz birnəfərlik kanoe qayığında gümüş medal qazanıb.
O, 500 metr məsafədə A finalında finiş xəttini 2-ci keçib.


