İdmançılarımız Portuqaliyada dünya çempionatında yarışacaqlar

Azərbaycanın kayak və kanoeçiləri Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, mundialda ölkəmiz adına 3 idmançı (1 qadın, 2 kişi) mübarizə aparacaq.
Kanoedə Tatyana Smilovenko medal uğrunda yarışacaq, kayakda Amil Ramazanov və Əlimurad Hacızadə özünü göstərəcək.
Bu gün başlanan dünya birinciliyi iyulun 27-də yekunlaşacaq.