Azərbaycan millisinin üç üzvü Türkiyə klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin üç üzvü Türkiyə klubu ilə müqavilə bağladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üz üzvü karyerasını Türkiyədə davam etdirəcək.

"Mediasport" xəbər verir ki, Xanım Əsədova, Ayşən Salamzadə və Alina Nəhmədova 1-ci Liqa klubu “Qaziantep Safir”də oynayacaq.

Yığmamızın futbolçuları ilə 1 illik müqavilə bağlanıb.

Xatırladaq ki, Əsədova ilə Salamzadə son olaraq “Neftçi”də, Nəhmədova Serbiyanın “Partizan” klubunda forma geyinib.