Azərbaycan yığmasının üzvü "Fənərbağça"ya transfer edildi

Azərbaycan yığmasının üzvü "Fənərbağça"ya transfer edildi

Azərbaycan yığmasının qadın futbolçusu Peritan Bozdağın yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 26 yaşlı forvard "Fənəbağça"da çıxış edəcək.

İstanbul klubu hücumçu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, son olaraq Super Liqada "Fatih Vətənspor"un formasını geyinmiş milliləşdirilmiş türkiyəli 2021-ci ildən bu yana əsas yığmamızın heyətində 33 oyun keçirib, 2 qol vurub.