Yığmamız Yunanıstanda Dünya Kubokunda 4-cü yeri tutdu

Yığmamız Yunanıstanda Dünya Kubokunda 4-cü yeri tutdu

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

Azərbaycan Qılıncoynatma Federasiyasından "Mediasport"a verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayan komandamız 4-cü yeri tutub.

İlk görüşdə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gələn sablyaçılarımız - Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstandan güclü olub - 45:43.

A.Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib.

Azərbaycan qılıncoynadanları ardınca ABŞ yığmasına qalib gəliblər (45:38).

Komandamız 3-cü yer uğrunda dueldə Cənubi Koreyaya məğlub olublar - 33:45.

Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstəriciyə A.Başta imza atıb. O, yekun sıralamada 12-ci olub.

Səbinə Kərimova 45-ci, Palina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova 146-cı nəticə göstərib.

Dünya Kubokunda 200-dən çox qadın sablyaçı mübarizə aparıb.