Federasiyanın vitse-prezidenti 61 yaşında dünyasını dəyişdi
 
                                Azərbaycan Qılıncoynatma Federasiyasına (AQF) ağır itki üz verib.
"Mediasport" xəbər verir ki, federasiyanın vitse-prezidenti Fərhad Kasimov dünyasını dəyişib.
O, 61 yaşında vəfat edib.
Qeyd edək ki, Fərhad Kasimov 2017-ci ildən Azərbaycan Qılıncoynatma Federasiyasında vitse-prezident vəzifəsini icra edirdi.
 
                        
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
