Azərbaycan milliləri Avropa çempionatında 8 və 14-cü oldular

Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan və qızlardan ibarət Azərbaycan milliləri Türkiyənin Antalya şəhərində keçirilən Avropa birinciliyində çıxışını başa vurublar.
"Mediasport" xəbər verir ki, oğlanlardan ibarət komandamız qitə yarışında 8-ci yeri tutub.
Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət yığmamız ilk görüşdə İspaniya qalib gəlsə də (45:42) daha sonra Fransa (29:45), Almaniya (41:45) və Rumıniya (41:45) millilərinə uduzub.
Xatun Bayramova, Aynur Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimovadan ibarət seçməmiz isə qızların komanda yarışında 14-cü olub.
Komandamız müvafiq olaraq, ilk görüşdə turnirin finalçısı Macarıstan yığmasına (34:45), 9-16-c yerlər uğrunda keçirilən duellərdə isə Türkiyə (31:45) və İsveçr yığmalarına məğlub olub (41:45).