Muslera ardıcıl 5-ci dəfə dünya çempionatında iştirak edəcək

Muslera ardıcıl 5-ci dəfə dünya çempionatında iştirak edəcək

Uruqvay milli komandasının DÇ-2026 üçün 26 nəfərlik yekun heyəti açıqlanıb.

Marselo Byelsanın baş məşqçisi olduğu komanda F qrupunda H qrupunda İspaniya, Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə üz-üzə gələcək.

"Qalatasaray"ın sabiq qapıçısı, 39 yaşlı Fernando Muslera da növbəti dəfə dördilliyin zirvə yarışında iştirak edəcək.

O, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında şans qazanıb.

Hazırda "sarı-qırmızılar"ın formasını geyinən Lukas Torreyra, həmçinin yenidən yığmaya qayıdacağı gözlənilən ölkə tarixinin bombardiri Luis Suares də düşərgədə olmayacaq.

Mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.

Qapıçılar: Fernando Muslera ("Estudiantes La-Plata"), Serxio Roşet ("İnternasyonal"), Santyaqo Mele ("Monterrey");

Müdafiəçilər: Gilyermo Varela ("Flamenqo"), Ronald Arauxo ("Barselona"), Xose Mariya Ximenes ("Atletiko"), Santyaqo Bueno ("Vulverhempton"), Sebastyan Kaseres ("Amerika"), Matias Olivera ("Napoli"), Xoakin Pikeres ("Palmeyras"), Matias Vinya ("River Pleyt");

Yarımmüdafiəçilər: Manuel Uqarte ("Mançester Yunayted"), Emiliano Martines ("Palmeyras"), Rodriqo Bentankur ("Tottenhem"), Federiko Valverde ("Real"), Aqustin Kanobbio ("Fluminense"), Xuan Sanabriya ("Atletiko San Luis"), Corcian De Arraskaeta ("Flamenqo"), Nikolas de la Krus ("Flamenqo"), Rodriqo Salasar ("Braqa"), Fakundo Pellistri ("Panatinaikos"), Maksimiliano Arauxo ("Sportinq"), Brian Rodriges ("Amerika");

Hücumçular: Federiko Vinyas ("Ovyedo"), Rodriqo Agirre ("Amerika"), Darvin Nunyes ("Əl Hilal");

Mediasport.com.az