"İtaliya 64 komandalı mundialda iştirak etmək şansı qazana bilər"

 "İtaliya 64 komandalı mundialda iştirak etmək şansı qazana bilər"

"Dünyanın bir çox ölkəsinin iştirakı ilə əlaqədar olaraq öncə 64 komandadan ibarət Dünya Kuboku turniri barədə düşünmüşdük. Hələlik 48 komandalı yarışdan həzz alaq".

"Mediasport" xəbər verir ki, bu sözləri FİFA prezidenti Canni İnfantino deyib.

Dünya futbol təşkilatının rəhbəri dördilliyin ən möhtəşəm yarışından 3-cü dəfə kənarda qalan İtaliya milli komandası haqqında da danışıb:

"Bəlkə, İtaliya 64 komandalı mundialda iştirak etmək şansı qazana bilər".

İtaliyanın idman naziri Andrea Abodi İnfantinonun fikirlərinə münasibət bildirib:

"İtaliya ilə Meksika arasında məsafə çox böyük olduğuna görə, yəqin ki, bu zarafatı anlamaq üçün onunla telefonla danışmalı olacağıq".

Xatırladaq ki, İtaliya Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olaraq ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.