Daha bir azərbaycanlı UFC-də
Daha bir azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC ilə rəsmi müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, o, debüt görüşünə Bakıda baş tutacaq "UFC Fight Night Baku" turnirində çıxacaq.
Abdullayev MMA-da 21 qəbələ və 3 məğlubiyyətlik göstəriciyə sahibdir.
Xatırladaq ki, buna qədər Fərman Həsənovun da dünyanın ən nüfuzlu MMA təşkilatı ilə sözləşmə imzaladığı haqqında xəbər vermişdik.


