Tofiq Musayev UFC-də - RƏSMİ

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin gələn ay Bakıda keçiriləcək UFC gecəsində yarışacağı rəsmiləşib.
"Mediasport" xəbər verir ki, idmançımız iyunun 21-də baş tutacaq turnirdə qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaq.
Qeyd edək ki, yarışda bunadək daha iki təmsilçimizin döyüşəcəyi məlum idi.
Rafael Fiziyev və Nazim Sadıqov da rinqə çıxacaqlar.