AGİN yeni idman zalı üçün 1 milyon 619 min manatlıq tender elan etdi

AGİN yeni idman zalı üçün 1 milyon 619 min manatlıq tender elan etdi

Gənclər və İdman Nazirliyi Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən idman zalında tikinti işlərinin davam etdirilməsi üçün yeni tender elan edib.

"Mediasport" xəbər verir ki, tenderin dəyəri 1 milyon 619 min manat müəyyənləşdirilib.

Layihə çərçivəsində obyektin rabitə və siqnalizasiya sistemlərinin, o cümlədən televiziya, telefon və mikrofon xətlərinin çəkilməsi, həmçinin tv yuvalı rozetkaların və metal konstruksiyaların quraşdırılması nəzərdə tutulur.

Bu layihə Qaradağ rayonunda gənclərin idmana cəlb olunması, idman infrastrukturlarının gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.