"Futbolxeber" 12 yaşını qeyd edir

Bu gün Futbolxeber.az saytı üçün əlamətdar gündür.
2013-cü il martın 15-də yaradılan saytın 12 yaşı tamam olur.
İdman xəbər portalı izləyicilərinə Azərbaycan və dünya idmanında baş verən ən maraqlı hadisələrlə yanaşı, müsahibə, müəllif yazıları və araşdırma məlumatları da təqdim edir.
"Mediasport" olaraq, saytın baş redaktoru İbrahim Cəfərov və kollektivini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!