"Neftçi" AEL-ə qarşı - YENİLƏNİR

Polşada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün son yoxlama matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Kiprin AEL komandası ilə qarşılaşacaqlar.
Byalobjeqdə yerləşən "Mieyski" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Xatırladaq ki, paytaxt təmsilçisi bunadək "Hapoel" (Təl-Əviv, İsrail; 1:1) və "Termalika" (Polşa; 2:2) ilə üz-üzə gəlib, "Asteras"la (Tripolis, Yunanıstan) keçirilməli olan görüş isə güclü leysan səbəbindən ləğv edilib.