UEFA-nın yenilənən reytinq siyahısında 7 klubumz yer alıb

UEFA avrokubokların pley-off mərhələlərinin cavab oyunlarından sonra klubların reytinq cədvəlini yeniləyib.
"Mediasport" xəbər verir ki, Madrid "Real"ının 140.000 xalla başçılıq etdiyi siyahıda Azərbaycanın 7 təmsilçisi yer alıb.
Son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə ən yaxşı göstərici "Qarabağ"a məxsusdur.
Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam klubu 32.000 xalla 66-cı pillədəki mövqeyini qoruyub.
Ümumilikdə, Azərbaycan ölkə olaraq UEFA sıralamasında əvvəlk kimi 28-ci sırada qərarlaşıb.
66. “Qarabağ” - 32.000
187. “Neftçi” - 8.000
310. “Zirə” - 4.000
311. “Sabah” - 4.000
315. “Sumqayıt” - 4.000
329. “Qəbələ” - 3.000
330. “Şamaxı” - 2.500