Emil Balayevin "Neftçi"dəki taleyinə aydınlıq gətirildi

Emil Balayevin "Neftçi"dəki taleyinə aydınlıq gətirildi

"Neftçi" qapıçısı Emil Balayevlə müqavilə müddətini artırıb.

"Mediasport" xəbər verir ki, 31 yaşlı qolkiper 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.

Paytaxt klubunun yetirməsi olan və 2011-2014-cü illər aralığında da "ağ-qaralar"ın qapısını qorumuş Balayev komandaya 2023-cü ilin yayında qayıdıb.