"Qarabağ" "Kəpəz"ə qalib gəldi, "Turan Tovuz" "Sumqayıt"ı səfərdə darmadağın edib vahid lider oldu

"Qarabağ" "Kəpəz"ə qalib gəldi, "Turan Tovuz" "Sumqayıt"ı səfərdə darmadağın edib vahid lider oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Son çempion "Qarabağ" "Kəpəz"ə qalib gəlib, "Turan Tovuz" isə səfərdə "Sumqayıt"ı darmadağın edərək vahid lider olub.

Tura oktyabrın 5-də Qəbələdə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. 7-ci tur


3 oktyabr (cümə)

“Araz-Naxçıvan” - “İmişli” 2:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Liv Bona Dea Arena”


"Zirə” - “Neftçi” 2:2

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov

VAR: Rəşad Əhmədov

AVAR: Kamran Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elman Musayev

Zirə İdman Kompleksinin stadionu


4 oktyabr (şənbə)

“Qarabağ” - “Kəpəz” 1:0

Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli

VAR: Əli Əliyev

AVAR: Rəşad Əhmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Azersun Arena”


“Sumqayıt” - “Turan Tovuz” 0:3

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Seymur Səlimli

M.H. adına Sumqayıt şəhər stadionu


5 oktyabr (bazar)

15:00. “Karvan-Yevlax” - “Sabah”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Namiq Əliyev

Şamaxı şəhər stadionu


17:30. “Qəbələ” - “Şamaxı”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Qəbələ şəhər stadionu