"Neftçi" Əbu-Dabidə ilk yoxlama oyununu keçirəcək - YENİLƏNİR
Birləşmiş Ərəb Əmirliklərində qış toplanışı keçən "Neftçi" bu gün ilk yoxlama matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Əbu Dabidə Qazaxıstanın "Kayrat" kollektivi ilə üz-üzə gələcəklər.
Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Yuri Vernidubun baş məşqçisi olduğu təmsilçimizin hazırlıq görüşlərində digər rəqibləri yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları olacaq.
