“Sumqayıt” - “Sabah” oyunu hər iki komanda üçün əlamətdar oldu

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” - “Sabah” oyunu hər iki komanda üçün əlamətdar olub.
"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Sumqayıtdakı cavab görüşündə 4:0 hesablı qələbə qazanan Bakı klubu kubokda özünün ən böyükhesablı səfər qalibiyyətini alıb.
Bunadək paytaxt təmsilçisinin səfərdə ən çox fərqlə qalib gəlməsi 2018/2019 mövsümünün “Ağsu” ilə görüşünə təsadüf etmişdi – 3:0.
“Sumqayıt” isə kubokda ən ağır ev məğlubiyyətini alıb.
Bunadək iki dəfə üç top fərqi ilə uduzan komanda 2015/2016 mövsümündə 1:4, bir il sonra 2:5 hesabına üzülüb. Hər iki matçda rəqib “Qarabağ” olub.