Sevda Nuriyeva Çempionlar Liqasının matçına təyinat aldı

Sevda Nuriyeva Çempionlar Liqasının matçına təyinat aldı

Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, həmyerlimiz qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq.

Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq.

Təmsilçimiz yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.

Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.