"Neftçi" "Kəpəz"lə bugünkü oyuna xüsusi formalarla çıxacaq
"Neftçi" Premyer Liqanın 10-cu turunun "Kəpəz"lə matçına xüsusi formalarla çıxacaq.
"Mediasport" xəbər verir ki, məqsəd Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi “Uşaq Hüquqları Aylığı”na dəstək olmaqdır.
Layihə çərçivəsində cəmiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə komandanın bugünkü formaları uşaqlar tərəfindən nömrələri rənglənmiş xüsusi formalar olacaq.
Oyunda geyinilən xüsusi formalar futbolçular tərəfindən imzalanacaq və "MatchWornShirt" platforması vasitəsilə hərraca çıxarılacaq.
Əldə olunan gəlir “Ümid Yeri” Uşaq Sığınacağına ianə ediləcəkdir.
Xatırladaq ki, bu gün "Palms Sports Arena"da keçiriləcək oyun saat 17:00-da başlanacaq.
