"Neftçi" Polşa toplanışında ikinci matçından da bərabərliklə ayrıldı

"Neftçi" Polşa toplanışında ikinci matçından da bərabərliklə ayrıldı

Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama matçına çıxıb.

"Mediasport" xəbər verir ki, Samir Abasovun komandası yerli "Termalitsa Nyeçetşa” klubu ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürən və “Sportovi novini” stadionunda təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 2:2.

Təmsilçimizin qollarını Freddi Varqas və Bassala Sambou vurublar.

Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel"lə (Təl-Əviv, İsrail, 1:1) bərabərə qalan “ağ-qaralar” digər hazırlıq qarşılaşmalarını iyulun 27-də “Asteras" (Yunanıstan), avqustun 1-də isə AEL-ə (Kipr)  qarşı keçirəcəklər.