"Qarabağ" rəsmisi martda Macarıstana yollanacaq - FOTO

"Qarabağ" rəsmisi martda Macarıstana yollanacaq - FOTO

"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Macarıstana yollanacaq.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun rəsmisi Budapeştdə keçiriləcək "Commercial Excellence Summit 2025"də iştirak edəcək.

O, sosial şəbəkə paylaşımında beynəlxalq tədbirin idman və biznes dünyasının aparıcı liderlərini bir araya gətirəcəyini qeyd edib:

"Qarabağ" FK-nın mobil tətbiqi haqda danışacağıq. Və bir çox idman biznesi yenilikləri barədə məlumat almaq imkanı əldə edəcəyik!"

Sammit martın 19-da Budapeştdə, "Ferensvaroş" klubunun ev oyunlarını keçirdiyi "Qrupama Arena"da baş tutacaq.