“Neftçi” – “Sabah” oyununa bilet satışı 2-3 manatdan davam edir

“Neftçi” – “Sabah” oyununa bilet satışı 2-3 manatdan davam edir

Oktyabrın 9-da Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” matçına bilet satışı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün daha bir sektor üzrə onlayn bilet satışı start götürüb.

“Banişevski üst” sektoruna olan biletlərin qiyməti 3 AZN təşkil edir.

Qeyd edək ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılmışdı.

Qiymətlər aşağıdakı kimidir:

- Qərb 2 – 2 AZN;

- Banişevski alt – 3 AZN;

- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Qiymətlər belədir:

- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;

- Şimal 1, Şimal 2 – 3 AZN;

- VIP Gold – 20 AZN.

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Xatırladaq ki, “Palms Sports Arena”da baş tutacaq qarşılaşma saat 19:30-da başlanacaq.