"Neftçi" Slovakiya millisinin hücumçusunu transfer etdi

"Neftçi" Slovakiya millisinin hücumçusunu transfer etdi

"Neftçi” heyətinə yeni legioner cəlb edib.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" slovakiyalı Lyubomir Tupta ilə gücləniblər.

28 yaşlı hücumçu ilə 2+1 illik müqavilə bağlanıb.

O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub.

İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.