Samir Abasov diz çökdü - VİDEO

Samir Abasov diz çökdü - VİDEO

"Neftçi" Azərbaycan Premyer Liqasının ikinci turunda Şamaxıda "İmişli" ilə qarşılaşıb (0:0).

"Mediasport" xəbər verir ki, matçda qapıçıdan qayıdan zərbəni qola çevirə bilməyən "ağ-qaralar"ın futbolçusu Bassala Sambunun yüzfaizlik qol epizoduna baş məşqçi Samir Abasov diz çökərək reaksiya verib.

Xatırladaq ki, "Neftçi" ölkə çempionatının ilk turunun "Şamaxı" ilə matçında da heç-heçə etmişdi (1:1).