"Neftçi" Sloveniya toplanışında son matçına çıxır - YENİLƏNİR
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, Yuri Vernidubun komandası dördüncü görüşündə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.
Matç Bakı vaxtilə saat 19:30-da başlanacaq.
Xatırladaq ki, "ağ-qaralar" yoxlama oyunları çərçivəsində ÇFR (Rumıniya, 1:2) və "Partizan"a (Serbiya, 0:1) uduzub, "Radniçki Niş"i (Serbiya, 3:0) məğlub ediblər.


