Paltardəyişmə otağına zərər vuran klub 100 manat cərimə ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda Azərbaycan Kuboku I təsnifat mərhələsinin görüşlərində qeydə alınmış pozuntulara dair qərarlar çıxarılıb.
08.10.2026-cı il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Difai”– “Zəngəzur” oyunu bitdikdən sonra “Zəngəzur” komandasının paltardəyişmə otağına zərər vurulduğuna görə “Zəngəzur” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);
08.10.2026-cı il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Şirvan”– “Kür-Araz” oyunu “Şirvan” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Şirvan” komandası 150 manat cərimə edilsin (maddə 83.5);
09.10.2026-cı il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Ağdaş”– “Hypers” oyununun 6-cı dəqiqəsində “Hypers” komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov rəqibi aşkar qol imkanında məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Hypers” komandası 100 manat cərimə edilsin (maddə 46);
09.10.2026-cı il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Ağdaş”– “Hypers” oyununda “Hypers” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitəsən istifadə edildiyinə görə “Hypers” komandası 300 manat cərimə edilsin (maddı 86.3);

