Azərbaycan Kuboku başlandı: 12:0 hesablı darmadağın qeydə alındı
Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümü start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
2-ci Liqa klublarının görüşlərində böyükhesablı qələbələr qeydə alınıb.
"Qaradağ Lökbatan" "Şəki"ni fantastik hesabla məğlub edib.
Digər qarşılaşmalar oktyabrın 8-i və 9-da baş tutacaq.
1 dueldən ibarət ilk raundun görüşləri Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanır.
Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi
“Qaradağ Lökbatan” – “Şəki” 12:0
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 14:30.
“Şəmkir” – “Ağstafa Gəncləri” 1:5
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu, 14:30.

