"Neftçi" ondan ötrü Kipr klubuna 200 min avro təzminat ödədi

Nüfuzlu "Transfermarkt" portalı "Neftçi"nin Sessi D'Almeydanın transferi üçün ödədiyi məbləği açıqlayıb.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Benin yığmasının yarımmüdafiəçisinə görə Kiprin “Apollon” klubuna 200 min avro (təxminən 385 min manat) kompensasiya ödəyib.
Bakı təmsilçisi afrikalı ilə "2+1" sxemi üzrə müqavilə bağlayıb.
Fransa pasportu da olan 29 yaşlı D`Almeyda 2015-ci ildən Benin milli komandasında 40 oyun keçirib, 1 qolla yadda qalıb.