Azərbaycan millisi ikinci yoldaşlıq matçında qələbə qazandı
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız bu dəfə də Belarus yığması ilə qarşılaşıb.
Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda bu rəqibə 1:3 hesabı ilə uduzub.
