"Neftçi" onu da yola saldı - RƏSMİ

"Neftçi"də daha bir ayrılıq rəsmiləşib.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Dembo Darbo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, 2024-cü ilin avqustunda transfer olunmuş qambiyalı forvard “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.
Paytaxt təmsilçisi onadək Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin (“Sabah”, icarə müddəti başa çatıb), Rafael Quzzo, Robert Bauer, Yeqor Boqomolski ("Zirə") və Həbib İsmayılovla ("Şamaxı") vidalaşıb.